525.Az

ABŞ KXDR tərəfindən raket zərbəsi təhlükəsinin qaldığını bildirir


 

ABŞ KXDR tərəfindən raket zərbəsi təhlükəsinin qaldığını bildirir<b style="color:red"></b>

ABŞ hesab edir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən raket zərbəsi təhlükəsi qalır.

Trend-in məlumatına görə, bu barədə ABŞ müdafiə nazirinin müavini Con Rud bildirib.

C.Rud təhlükə mənbələrini sadaladığı zaman deyib: "Şimali Koreya tərəfindən raket zərbəsi təhlükəsi bizi hələdə narahat edir".

Nazir müavini qeyd edib ki, son illərdə KXDR-nın bu sahədə imkanları artıb.

 





05.09.2018    çap et  çap et