525.Az

Ərdoğan: "Türkiyə Aİ-nin bir sıra ölkələrilə münasibətləri yaxşılaşdırmağa ümid edir"


 

Ərdoğan: "Türkiyə Aİ-nin bir sıra ölkələrilə münasibətləri yaxşılaşdırmağa ümid edir"<b style="color:red"></b>

Türkiyə Avropa İttifaqının bir sıra ölkələri ilə münasibətləri yaxşılaşdırmağa ümid edir.

Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan qayıdarkən təyyarədə jurnalistlərə deyib.

Türkiyə prezidenti bildirib: "Türkiyənin Avropa İttifaqı ilə, bəzi ölkələri istisna olmaqla, münasibətlərinin yaxşılaşması üçün imkan var. Bu ayın sonunda Almaniya kansleri Angela Merkel ilə Türkiyə-Almaniya münasibətlərində bir çox mövzunu müzakirə etmək imkanımız olacaq. Almaniya Aİ-də həqiqətən də xeyli əhəmiyyətli mövqeyə malikdir".

Eyni zamanda, Türkiyə prezidenti Avropa İtifaqını qaçqınlar üzrə sazişə dair öhdəliklərini yerinə yetirməməsinə görə tənqid edib.

 





05.09.2018    çap et  çap et