525.Az

"Toyota" 1 milyondan çox avtomobili geri çağırdı


 

"Toyota" 1 milyondan çox avtomobili geri çağırdı <b style="color:red"></b>

Yaponiyanın "Toyota" şirkəti 1 milyondan çox avtomobili geri çağırıb.

Trend-in məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.

Şirkətin yaydığı məlumatda qeyd olunur ki, 1,03 milyon avtomobil, o cümlədən Yaponiyada 554 min, ABŞ-da 192 min "Prius" və C-HR modelləri geri çağırılır.

Geri çağırılma bu ilin may ayınadək istehsal olunan avtomobillərə şamil olunur.

 





05.09.2018    çap et  çap et