525.Az

Özbəkistanda muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək


 

Özbəkistanda muğam sənəti üzrə beynəlxalq forum keçiriləcək<b style="color:red"></b>

Sentyabrın 6-10-da Özbəkistanın Şəhrisəbz şəhərində makom (muğam) sənəti üzrə Birinci Beynəlxalq Forum keçiriləcək.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, tədbirə xarici ölkələrdən tanınmış musiqişünas-alimlər və muğam sənəti tədqiqatçıları, Özbəkistanın tanınmış ifaçıları və aparıcı mütəxəssisləri qatılacaqlar.

Forumda Azərbaycanı mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

UNESCO-nun himayəsi altında keçirilən tədbirin təşkilatçısı Özbəkistanın Mədəniyyət Nazirliyidir. Forum çərçivəsində “Makom musiqi sənəti və onun dünya sivilizasiyasındakı yeri” mövzusunda elmi-praktik konfrans, habelə makom sənətinə həsr olunmuş yerli və xarici ifaçıların solo konsertləri, musiqi alətləri, geyim, təsviri sənət, audio və video disk, kitab, albom və s. ibarət sərgilərin keçirilməsi planlaşdırılır.

Forum muğam sənətinin nadir nümunələrinin geniş təbliğinə, onun qorunmasına və inkişafına imkan yaradacaq. Bununla yanaşı, iki ildən bir keçiriləcək bu tədbir xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsinə, beynəlxalq miqyasda yaradıcılıq əməkdaşlığının, mədəni-mənəvi əlaqələrin genişləndirilməsinə yönəldilib.

 





05.09.2018    çap et  çap et