525.Az

KİV: PKK terrorçuları Türkiyəyə Ermənistan ərazisindən keçirlər


 

KİV: PKK terrorçuları Türkiyəyə Ermənistan ərazisindən keçirlər<b style="color:red"></b>

Türkiyə Hərbi Hava Qüvvələrinin ölkənin İraqın şimalı ilə sərhədlərinin təhlükəsizliyini gücləndirməsindən sonra PKK terrorçuları Türkiyəyə Ermənistan ərazisindən keçirlər.

Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.

Qeyd olunur ki, son aylarda şimal-şərq vilayətlərində PKK terrorçularına qarşı reydlər keçirilib. Dindirilmə zamanı saxlanılan terrorçular Türkiyə ərazisinə Ermənistandan keçdiklərini deyiblər.

Həmçinin bildirilir ki, onların ifadələrinə əsasən, Ermənistan ərazisində PKK terrorçularının hazırlanması üçün düşərgə də var.

 





06.09.2018    çap et  çap et