525.Az

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında


 

Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkasında<b style="color:red"></b>

Sentyabrın 5-də Moskva Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Mədəniyyət Nazirliyinin iştirakı ilə ölkəmiz sərgidə təmsil olunur.

Nazirlikdən 525.az-a verilən məlumata görə, Rusiya Federasiyasından 300-dən çox və 30-dan çox ölkədən 150-ə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak etdiyi sərgidə ölkəmizin tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulunun təqdim edildiyi Azərbaycan stendi ilk gündən ziyarətçilərin diqqətini cəlb edib.

Çoxsaylı kitabsevərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də stendimizə maraq göstərir, onlarla görüş zamanı gələcək əməkdaşlıq imkanları müzakirə olunur.

2019-cu ildə Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində təşkili nəzərdə tutulan Avrasiya Ədəbiyyat Festivalı ilə bağlı danışıqların aparılması məqsədilə festivalın təşkilatçısı Avrasiya Xalqları Assambleyasının Ədəbiyyat Şurasının sədri Marqarita Viktorovna Almuxametova ilə görüş keçirilib.

Görüşdə festivalın təşkili imkanları, tərəflərin üstünə düşən vəzifələrin dəqiqləşdirilməsi və digər təşkilati məsələlərin müzakirəsi aparılıb. Məsələ ilə bağlı daha bir görüşün sentyabrın 8-də Assambleyanın Baş Katibliyinin sədr müavini - Layihələr Departamentinin rəhbəri Tatyana Fyodorova ilə keçirilməsi nəzərdə tutulub.

Sərgi sentyabrın 9-na kimi davam edəcək.

 





06.09.2018    çap et  çap et