525.Az

Türkiyədə Kamran Nəzirlinin hekayələr kitabı nəşr edildi


 

Türkiyədə Kamran Nəzirlinin hekayələr kitabı nəşr edildi <b style="color:red"></b>

Tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirlinin hekayələr kitabı Türkiyədə çap edilib.

Müəllif AZƏRTAC-a bildirib ki, Ankarada "Tulpars yayın evi" nəşriyyatında işıq üzü görən kitaba 20 hekayə və 7 miniatür daxil edilib.

Nəfis tərtibatda kütləvi tirajla buraxılan kitab yazıçının Türkiyədə nəşr olunan ilk kitabıdır.

Bundan əvvəl Azərbaycan yazıçısının müxtəlif hekayələri İstanbulda ədəbi almanax və jurnallarda dərc olunub.

Hekayələri türk dilinə Məhəmməd Riza çevirib. Kitabın tərtibatçısı Biçer Yıldırımdır.

Hekayələr toplusu Türkiyənin "İLESAM" sədr müavinliyinin dəstəyi ilə nəşr olunub.

 





06.09.2018    çap et  çap et