"NATO Makedoniyanı alyansın 30-cu üzvü kimi qəbul etməyə hazırdır".
Trend-in məlumatına görə, bunu Makedoniyada səfərdə olan NATO baş katibi Yens Stoltenberq deyib.
Baş katib bildirib ki, bu qərarı Makedoniya xalqı referendum zamanı verməlidir.
Qeyd edək ki, sentyabrın 30-da Makedoniyanın adının Şimali Makedoniya Respublikasına dəyişdirilməsi ilə bağlı referendum keçiriləcək.
Ölkənin adının dəyişəcəyi təqdirdə NATO-ya üzv olması üçün heç bir maneə qalmayacaq.