525.Az

Ruhani: "ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir"


 

Ruhani: "ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir"<b style="color:red"></b>

Suriya münaqişəsinin nizamlanması məsələsində ABŞ-dan hər hansı bir müsbət rol gözlənilmir.

Trend-in məlumatına görə, bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.

İran dövlət başçısı bildirib ki, ABŞ-ın Suriyada mövcudluğu qeyri-qanunidir:

“ABŞ Suriyada yalnız aqressiya və ekstremizmi dəstəkləməklə məşğuldur”.

H.Ruhani bildirib ki, ABŞ-ın Suriyanın işlərinə qanunsuz müdaxiləsi heç bir beynəlxalq qaydalara sığmır və Suriyada dayanıqlı sülhün bərqərar olunmasını çətinləşdirir.

 





07.09.2018    çap et  çap et