525.Az

Ərdoğan: "Türkiyə Suriyada o vaxta qədər qalacaq ki..."


 

Ərdoğan: "Türkiyə Suriyada o vaxta qədər qalacaq ki..."<b style="color:red"></b>

Türkiyə Suriyadakı mövcudluğunu bu ölkədə sülh bərpa olunanadək davam etdirəcək.

Trend-in məlumatına görə, bu sözləri Tehranda İran, Rusiya və Türkiyə prezidentlərinin üçtərəfli görüşü zamanı Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan İdlib əyalətində vəziyyətin çox ağır olduğunu deyib və buranın bombalanmasını dayandırmağa çağırıb:

“İdlib təkcə Suriyanın gələcəyi üçün yox, bütün regionda sülh, eləcə də Türkiyənin sabitliyi və təhlükəsizliyi üçün vacibdir. Suriyada sülh bərqərar olunanadək Türkiyə burada mövcudluğunu davam etdirəcək”.

 





07.09.2018    çap et  çap et