525.Az

Bəsrədə etirazçılar prezident saraylarından birini yandırdılar


 

Bəsrədə etirazçılar prezident saraylarından birini yandırdılar<b style="color:red"></b>

İraqın Bəsrə şəhərində etiraz aksiyaları davam edir.

Trend-in məlumatına görə, etiraz aksiyalarının iştirakçıları şəhərin mərkəzində yeləşən prezident saraylarından birini yandırıblar.

Bundan əlavə, etiraz aksiyaları zamanı 1 nəfər həlak olub, 11 nəfər isə yaralanıb.

Qeyd edək ki, İraqın Bəsrə şəhərində sentyabrın 3-dən etiraz aksiyaları keçirilir. Bu günlər ərzində hökümətdən şəhərin təmiz içməli su və elektrik təchizatının vəziyyətinin yaxşılaşdırılmasını tələb edən minlərlə etirazçı müddətsiz etiraz aksiyaları keçirilər. Sentyabrın 4-ü və 5-i etirazçılar şəhər və vilayət administrasiyalarının binalarını yandırıblar. Polislər etirazçılara qarşı gözyaşardıcı qaz və odlu silahdan istifadə ediblər. Etirazçılar Bəsrədə yerləşən ölkənin ən böyük Umm-Qəsr limanının işini dayandırıblar.

Bundan əlavə, etirazçılar sentyabrın 6-sı İranyönlü siyasi partiyalar və hərəkatların ofislərini, sentyabrın 7-si isə İranın Bəsrədəki konsulluğunun binasını yandırıblar.

 





08.09.2018    çap et  çap et