525.Az

"Gənclik"də tunel-kompleks istifadəyə veriləcək- Fotolar


 

"Gənclik"də tunel-kompleks istifadəyə veriləcək- <b style="color:red">Fotolar</b>

Paytaxtınn "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin cari ilin payız aylarında istifadəyə verilməsi planlaşdırılır.
 
Bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. Mürsəliyev deyib ki, "Azəryolservis" ASC-in sifarişi ilə "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin tikintisi sürətlə davam etdirilir. Yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2470 m nəzərdə tutulan tunellərin eni 8,2-16,5 m arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, "Gənclik" metro stansiyasının 2 çıxışının tikintisi daxildir.

Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546, eni 16,5 metr olan tunel tamamlanaraq və ölkə başçısının iştirakı ilə açılışı keçirilib. Hazırda 3 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 3 tuneldə döşəmənin betonlanması işləri gedir.

Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir. Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənməsi işlərinə başlanılıb.









 





02.08.2013    çap et  çap et