525.Az

“Kardeş kalemler”in 140-cı sayı


 

“Kardeş kalemler”in 140-cı sayı <b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin rəsmi orqanı “Kardeş Kalemler” dərgisinin 140-cı sayı yayımlanıb. Dərginin üz qabığında tatar rəssam Firinat Xalikovun “Süyümbikenin vidalaşması” tablosu yer alıb.

“Redaktordan” başlıqlı hissədə Tatar türklərinin tarixi və ədəbiyyatına diqqət ayrılıb və yaradıcı heyətin tatar şairi Robet Minnulinə 70 illik yubiley təbriki ünvanlanıb.

Türkdilli coğrafiyaya xitab edən dərginin yeni sayı azərbaycanlı şair Vaqif Bəhmənlinin şeirləri ilə açılır. “Masallar” (“Nağıllar”) sərlövhəli şeirləri Türkiyə türkcəsinə Ülkü Taşlıova uyğunlaşdırıb.

Şairin şeirlərini həmkarlarının onun və yaradıcılığı haqqındakı məqalələri izləyir. İlk məqalə Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğludandır. O, Vaqif Bəhmənlini “Bülbül ürəkli şair” adlandırır.

Daha sonra şair, publisist Rəşad Məcid Vaqif Bəhmənlidən “Hamıya çatacaq işıq” deyə bəhs edir. Ülkü Taşlıova isə “Bağışla, Bəhmənli, səni yeni tanıdım” deyir.

Y.Öməroğlunun dərgidəki ikinci məqaləsi Astananın 20 illik yubileyi ilə bağlıdır. Qazaxıstandan Abdildabek Salekbayın “Maraqlı qoca” (tərc. Ömər Bilgen), Rahimcan Otarbayevin “Bəyaz kəpənəklər”, Türkmənistandan Agahan Durdlyevin “Camal” (tərc. Ərtoğrul Karakuş), qırğız yazıçı Asanbek Stamovun “Ətir qoxusu” (tərc. Cuma Bolat), Batı Trakyadan Rahmi Əlinin “Mühacir Osman” hekayələri də dərginin 140-cı sayında yer alıb.

Özbəkistan bölməsində Əhməd Azamın “Yazmağa gücüm yetməyən vətən haqqındakı şeirim” (tərc. Kamila Topal) və Firuzə Sapıyevanın Məxtumqulu Fəraqinin əsərlərinin tərcüməsi ilə bağlı məqaləsi verilib.

Bu sayda Nazgül Kadyrovanın qırğız professor Gülzura Cumakunova ilə müsahibəsi yayımlanıb.

Türkiyədən Məsud Qaplan Abdulla Qədirinin “Ötən günlər”, Ataman Kalebozan isə Şerhan Murtazanın “Ay ilə Ayşə” romanlarından söz açıblar.

Tatarıstanı Mingazova Liailia Ihsanova “Ruh və eyləm birliyi” yazısı ilə təmsil edir.

Dərginin “Xəbər” bölməsində Yalovada TÜRKSOY-un 25 illik yubileyi münasibətilə keçirilən foto sərgidən reportaj yayımlanıb.

Şahanə MÜŞFİQ

 





08.09.2018    çap et  çap et