525.Az

90-cı illərin ən yaxşı qorxu və mistika filmləri - Siyahı


 

90-cı illərin ən yaxşı qorxu və mistika filmləri - <b style="color:red">Siyahı </b>

Kinonun ən vacib qolu olan qorxu keçmişdən bu günə kimi varlığını sürdürüb, kinosevərlərə əla əsərlər təqdim edib.

Müəyyən illərdə durğunluq olsa da dəyişikliklərlə ayaqda qalıb. Bu dəyişikliklərə 80-ci illərdə qorxu-komediya filmlərinin çıxması, şiddət və qanın çox olduğu 70-ci illər və “teen-slasher” axını aiddir. Öldürülməyən qatillər (silsilə), elmi-fantastika filmlərinin içində qorxu ünsürlərinin olması izləyicilərin keçmişdən bəri xoşuna gəlir.

Bugünkü mövzumuz 90-cı illərdir. Təkmilləşən texnologiyanın bu dövrdə kinoda da özünü yavaş-yavaş göstərməsi ilə böyük inkişaf başladı. Qorxu və misteriya filmlərində də gözəl nümunələr ortaya çıxdı. Əksəriyyətin fikrinə görə, 80-ci illərdə enişə gedən qorxu janrının bu dövrdə gözəl əsərləri yarandı.

525.az 90-cı illərdə çəkilmiş ən yaxşı qorxu və mistika filmlərini təqdim edir:

“The People Under The Stairs” (“Nərdivan altındakılar”) - 1991



Ues Kreyvn klassikası. Məhəllədə heç kimin girməyə cəsarət etmədiyi, qəribə varlıqların yaşadığı evi talamağa gedən çılğın gəncin hekayəsi.

“Ressurrecion” (“Diriliş”) - 1999



Layiq olduğu dəyəri almayan əla detektiv filmi. Baş rolda Kristofer Lembert və Bred Mirmanın oynadığı silsilə qatil mövzulu film. Pasxada ardıcıl cinayətlər işlənməyə başlayır. Qatilin bir vəzifəsi var. İsanın nəvələrindən olduğunu sübut etmək, onun vücudunu yenidən yaratmaq. Qorxu, cinayət, dram və detektiv ünsürləri bir filmdə

“Fire in the sky” (“Səmada yanğın”) - 1993



Yaşanmış hekayələrdən təsirlənən onlarla ekran əsəri var. Yadplanetlilər tərəfindən qaçırılan və 5 gün xəbər alınmayan Trevis Uoltonun hekayəsini bu filmdə tapacaqsınız. Elmi-fantastika, sirr, gərginlik...

“Dolores Kleyborn” - 1995



Film Stiven Kinqin eyniadlı psixoloji romanı əsasında çəkilib. “Misery” filmindəki möhtəşəm performansı ilə ön plana çıxan Keti Beytsdən yenə əla performans. Sirrini sona qədər qoruyan film...

“The sixth sense” (“Altıncı hiss”) – 1999



“Ölü insanları görürəm”.

(Ardı burada)

 





08.09.2018    çap et  çap et