525.Az

Stadnik "Poland Open" turnirində qızıl medal qazandı


 

Stadnik "Poland Open" turnirində qızıl medal qazandı<b style="color:red"></b>

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb.

Trend-in məlumatına görə, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb.

Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2.

Beləliklə, Stadnik yarışda çempion olub.

 





09.09.2018    çap et  çap et