525.Az

Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verildi


 

Nyu-Yorkda 11 sentyabr terror aktında dağılmış metro stansiyası istifadəyə verildi<b style="color:red"></b>

Nyu-York metropoliteninin 2001-ci ilin 11 sentyabrında baş vermiş terror aktında dağılmış metro stansiyası 17 il sonra istifadəyə verilib.

Trend-in məlumatına görə, "Cortlandt Street" stansiyası Ümumdünya Ticarət Təşkilatının altında yerləşib. Terror aktı zamanı stansiya dağıntılarla dolub. Stansiya indi "WTC Cortland" adlanır.

Bu illər ərzində layihənin hazırlanması xərci 69 milyon dollardan 158 milyon dollara qədər artıb. Digər məlumatlara görə, layihə 181 milyon dollara başa gəlib.

Bərpa edilmiş stansiya ABŞ-ın Müstəqilliyi haqqında və BMT-nin insan haqları deklarasiyalarının mətni yazılmış mozaika ilə bəzədilib.

 





09.09.2018    çap et  çap et