525.Az

Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə ikinci yeri tutdu


 

Azərbaycanlı dirijor beynəlxalq müsabiqədə ikinci yeri tutdu<b style="color:red"></b>

Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov Parisdə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

AzərTAc xəbər verir ki, müsabiqənin finalında iştirak edən dörd namizəddən Fuad İbrahimov, Dmirti Filatov 2-ci yerləri tutublar. Digər iki namizəd Haoran Li və Wilson NG müsabiqənin diplomu ilə təltif olunublar.

Sonda müsabiqənin təsisçisi Marina Bouer çıxış edərək müsabiqənin tərəfdaşlarına təşəkkürünü bildirib.

Qeyd edək ki, Fuad İbrahimov Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.

 





09.09.2018    çap et  çap et