525.Az

"Taliban" Əfqanıstanda bir rayonu ələ keçirdi


 

"Taliban" Əfqanıstanda bir rayonu ələ keçirdi<b style="color:red"></b>

"Taliban" radikal hərəkatının döyüşçüləri Əfqanıstanın şimalında Cauzcan vilayətində rayonlardan birini ələ keçiriblər.

Trend-in məlumatına görə, rayonun ələ keçməsi ilə bağlı xəbəri vilayət məmuru təsdiq edib.

Bildirilir ki, rayon ələ keçirilməmişdən öncə polislərlə qarşıdurma olub. Qarşıdurmalarda 7 polisin öldürüldüyü qeyd edilir.

Hazırda rayonun "Taliban"ın tam nəzarətinə keçdiyi bildirilir.

 





10.09.2018    çap et  çap et