525.Az

Kolombiya Xocalı soyqırımı qınayıb


 

Kolombiya Xocalı soyqırımı qınayıb<b style="color:red"></b>

Kolombiya Konqresi Komitəsi, Qarabağ məsələsi ilə bağlı qərar qəbul edib.

Komitə, “Ermənistan-Azərbaycan Toqquşması” adı qoyulan altı səhifəlik qərarı rəy birliyi ilə qəbul edib və Xocalı şəhərində törədilən soyqırımı kəskin dillə qınayıb. Komitə, Qarabağ və digər yerlərdə yeddi rayonun Erməni işğalı altında olduğunu, bir milyondan artıq Azərbaycan Türkünün qaçqın və köçgün olduğunu vurğulayaraq, BMT Əmniyyət Şurası’na çağırış edib ki, indiyə kimi Şura Qarabağ və işğal altındakı torpaqlar barədə dörd qərara yetişib, yetişilən qərarlar tezliklə həyata keçirilsin.

trtazerbaycan.com

 





02.08.2013    çap et  çap et