525.Az

Səudiyyə Ərəbistanında qadınla səhər yeməyi yeyən mühacir həbs olundu


 

Səudiyyə Ərəbistanında qadınla səhər yeməyi yeyən mühacir həbs olundu<b style="color:red"></b>

Səudiyyə Ərəbistanında misirli mühacir qadınla səhər yeməyi yediyinə görə saxlanılıb.

Trend-in məlumatına görə, onun həmkarı ilə səhər yeməyi yeməsi videosu sosial şəbəkələrdə yayılıb və ictimai qınağa səbəb olub.

Polisin apardığı araşdırma nəticəsində həmin mühacirin hotellərin birində işlədiyi məlum olub.

Səudiyyə Ərəbistanı qanunvericiliyinə əsasən mühacirlərə hotel sahəsində işləmək qadağan olunur.

Həmin şəxsə qarşı bir neçə ittiham irəli sürülüb.

 





11.09.2018    çap et  çap et