525.Az

Azərbaycanın “Muğam” ansamblı beynəlxalq müsabiqədə birinci oldu


 

Azərbaycanın “Muğam” ansamblı beynəlxalq müsabiqədə birinci oldu<b style="color:red"></b>

Azərbaycanın “Muğam”ansamblı Özbəkistanın Şəxrisəbz şəhərində YUNESKO-nun himayəsi altında keçirilən I Beynəlxalq muğam (makom) sənəti Forumunda müsabiqə proqramının qalibi olub.

Bunu Trend-ə qrupun rəhbəri, əməkdar artist Sahib Paşazadə deyib

Ansamblın tərkibində xanəndələr, əməkdar artist Nigar Şabanova, Bakıdakı Beynəlxalq Muğam Müsabiqəsinin laureatı Abgül Mirzəliyev, tarda Kamal Nuriyev, kamançada - əməkdar artist Toğrul Əsədullayev, kanonda - əməkdar artist Çinarə Heydərova, nağarada Emin Cəbrayılov çıxış ediblər. Ansambl “Heyratı”, “Şahnaz”, “Simayi şəms” и “Mahur” muğam kompozisiyalarını ifa edib.

Mükafat fondunun 10 min dollar təşkil etdiyi I yer üçün xüsusi diplom Özbəkistanın mədəniyyət naziri Baxtiyor Sayfullayev tərəfindən Azərbaycan musiqiçilərinə təqdim edilib və muğamçılarımızın çıxışları, təltifi iştirakçıların böyük alqışları ilə qarşılanıb.

Özbəkistanın “Sakil” ansamblı da müsabiqədə I yerə layiq görülüb. İkinci yerə İran və Hindistan musiqiçiləri, III yerə isə Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri sahib olublar.

Bundan başqa, müsabiqənin qran-prisi Tacikistan Muğam Akademiyasına təqdim olunub.

Forumun rəsmi açılışında və keçirilən tədbirlərdə Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev iştirak edib.

Dünyanın 30 ölkəsindən müxtəlif musiqi qruplarının, muğamçıların iştirak etdiyi müsabiqədə I yerin əldə edilməsi ölkəmiz üçün böyük uğurdur və bu mədəniyyətimizin, milli musiqimizin, muğam sənətinin nailiyyətidir.

 





11.09.2018    çap et  çap et