525.Az

ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib


 

ABŞ bu müharibələrə 1,5 trilyon dollar xərcləyib<b style="color:red"></b>

ABŞ-ın Əfqanıstan, İraq və Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar amerikalı vergi ödəyiciləri üçün 1,5 trilyon dollardan çox başa gəlib.

Trend-in məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin hesabatında deyilir.

Qeyd olunur ki, 2001-ci ilin sentyabrından başlayaraq ABŞ Yaxın Şərqdəki müharibələrə 1,501 trilyon dollar xərcləyib.

Ən çox vəsait İraq müharibəsinə sərf olunub. Bu ölkədəki əməliyyatlara 731 milyard dollar xərclənib. Əfqanıstandakı müharibə 584,3 milyard dollar xərc tələb edib.

Suriyadakı əməliyyatlara isə 23,5 milyard dollar sərf olunub.

 





11.09.2018    çap et  çap et