525.Az

Moskva aeroportunda 20 ilan gətirən sərnişin saxlanıldı


 

Moskva aeroportunda 20 ilan gətirən sərnişin saxlanıldı <b style="color:red"></b>

Moskvada Şeremetyevo hava limanının əməkdaşları ölkəyə gələn turistdən 20 ilan müsadirə edib.

Trend-in məlumatına görə, həmin şəxs ilanları Almaniyada keçirilən sərgi zamanı əldə etdiyini bildirib. Bununla belə, ilanların daşınmasına icazə verən sənəd təqdim olunmayıb.

İlanlar sərnişinin əl yükündə olub. Həmin ilanlar gömrük əməkdaşları tərəfindən müsadirə olunaraq vəhşi heyvanların reabilitasiya mərkəzinə təhvil verilib.

 





11.09.2018    çap et  çap et