525.Az

Tehran hədələdi: "İranlı alimlərə hücumlar olsa..."


 

Tehran hədələdi: "İranlı alimlərə hücumlar olsa..."<b style="color:red"></b>

İranın nüvə sahəsində məşğul olan alimlərinə yeni hücumlar baş verəcəyi təqdirdə Tehran sərt addımlar atacaq.

Trend-in məlumatına görə, bunu İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi deyib.

Salehi bəyan edib ki, bu cür hücumların cavabları çox sərt olacaq.

Xatırladaq ki, 2010-2012-ci illərdə İranın nüvə proqramı ilə məşğul üç alimi partlayışlar nəticəsində həlak olmuşdu.

İran bu hadisələrdə ABŞ və İsraili günahlandırmışdı.

 





11.09.2018    çap et  çap et