525.Az

“BMW” şadlıq evinin qarısında qəza törətdi: ölən var


 

“BMW” şadlıq evinin qarısında qəza törətdi: ölən var<b style="color:red"></b> Avqustun 3-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonu ərazisində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, Əmircan qəsəbəsində, “Əfsun” şadlıq evinin yaxınlığında “BMW” markalı avtomobil ilə “VAZ 2106” toqquşub. Qəza nəticəsində hər iki avtomobili ciddi ziyan dəyib və “VAZ 2106”-nın sürücüsü hadisə yerindəcə keçinib.
 
Suraxanı rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, qəza nəticəsində ölən şəxs 1977-ci il təvəllüdlü Qasımov Ramil Tahir oğludur. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
 





03.08.2013    çap et  çap et