525.Az

Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirilib


 

Azərbaycan-Rusiya sərhədində əməliyyat keçirilib<b style="color:red"></b>

Dövlət Sərhəd Xidməti (DSX) və Rusiya Federasiyası FTX-nin Sərhəd Xidmətilə birgə axtarış tədbirləri keçirib. 

DSX xəbər verir ki, bunun nəticəsində Qusar rayon Yuxarı Zeyxuroba kənd ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Rusiya Federasiyası istiqamətindən dövlət sərhədini pozan 1967-ci il təvəllüdlü Əhmədov Ramiz Tahir oğlu Azərbaycan sərhədçiləri tərəfindən saxlanılıb.

Hazırda fakt üzrə Dövlət Sərhəd Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 





05.08.2013    çap et  çap et