525.Az

Gürcüstan baş naziri ABŞ-a getdi


 

Gürcüstan baş naziri ABŞ-a getdi<b style="color:red"></b>

Gürcüstanın baş naziri Mamuka Baxtadze işgüzar səfərlə ABŞ-a yola düşüb.

Trend-in məlumatına görə, M.Baxtadze birinci görüşünü sentyabrın 17-də Vaşinqtonda Ağ Evdə keçəcək. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton Gürcüstanın baş nazirini qəbul edəcək.

Qeyd olunur ki, sentyabrın 20-də Baxtadze ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşəcək.

Həmçinin səfər çərçivəsində senatorlarla danışıqlar aparılacaq.

 





17.09.2018    çap et  çap et