525.Az

Yunanıstanda İran səfirliyinə hücum oldu


 

Yunanıstanda İran səfirliyinə hücum oldu <b style="color:red"></b>

Yunanıstanın paytaxtı Afinada naməlum şəxslər İran səfirliyini daşa basıb.

Trend-in məlumatına görə, binaya daş və butulka atan şəxslər hadisə yerindən uzaqlaşa bilib.

Qeyd olunur ki, pəncərələrin şüşələri sındırılıb.

Hadisə ilə bağlı məsuliyyəti “Rubikon” anarxist təşkilatı öz üzərinə götürüb.

Saxlananların olmadığı deyilir.

 





17.09.2018    çap et  çap et