525.Az

Şri-Lanka prezidenti səfiri işdən qovdu


 

Şri-Lanka prezidenti səfiri işdən qovdu<b style="color:red"></b>

Prezident telefon zənglərinə cavab verməyən səfiri və səfirlik işçilərini işdən qovdu.

Trend-in məlumatına görə, buna səbəb səfirin onun telefon zənglərinə cavab verməməsi olub. Maytripala Sirisena səfirliyin Vyanadakı ofisinə saatlarla zəng etsə də, dəstəyi götürən olmayıb.

Bu hadisədən sonra o, səfirlə birlikdə 6 işçini vəzifəsindən kənarlaşdırıb. Prezident bunun digər səfirliklərə “dərs olacağı”na ümid etdiyini deyib.

 





18.09.2018    çap et  çap et