525.Az

Xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında çıxış edəcək


 

Xarici işlər naziri BMT Təhlükəsizlik Şurasında çıxış edəcək<b style="color:red"></b>  Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfər edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərin məqsədi BMT Təhlükəsizlik Şurasında “Beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq” mövzusunda avqustun 6-da keçiriləcək açıq müzakirələrdə iştirak etməkdir.
 
Görüşə Argentinanın Prezidenti xanım Kristina Fernandez Kirşner sədrlik edəcək.
 
Səfər müddətində nazirin BMT TŞ-da çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulur.
 





05.08.2013    çap et  çap et