525.Az

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu


 

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum oldu<b style="color:red"></b>

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı məlum olub.

XİN-dən Trend-ə verilən məlumata görə, BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak edən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Əndrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu ilin 26 sentyabr tarixində Nyu-Yorkda görüş keçiriləcək.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 





24.09.2018    çap et  çap et