525.Az

Rusiya hipersəsli snayper güllələri istehsal edəcək


 

Rusiya hipersəsli snayper güllələri istehsal edəcək <b style="color:red"></b>

Rusiyada hipersəsli snayper güllələri yaxın illər ərzində istehsal oluna bilər.

Trend-in məlumatına görə, bunu RİA Novosti-yə "Lobaev Arms" şirkətinin təsisçisi və baş konstruktoru Vladislav Lobayev deyib.

O bu mövzunu diqqətlə öyrəndiklərini bildirib: "Düşünürəm ki, müəyyən dövlət dəstəyi ilə artıq təqribən bir il ərzində başlanğıc uçuş sürəti saniyədə 2 min metr olan snayper gülləsi yaratmaq mümkündür. Bu, artıq hipersəsli deməkdir".

Mütəxəssis belə güllələrin yüksək dəqiqlikli snayper silahlarına lazım olduğunu vurğulayıb: "Bu, yeni uzaqlıq səviyyəsini və sərrast nişanalmanı təmin edəcək".

Qeyd edək ki, əksər müasir snayper tüfənglərinin gülləsinin başlanğıc sürəti saniyədə 1200 metrədək olur.

 





26.09.2018    çap et  çap et