525.Az

Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr quruldu


 

Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr quruldu <b style="color:red"></b>

Xarici işlər naziri Elmar Məmmədyarov San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə görüşüb.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədi imzalayıblar.

 





26.09.2018    çap et  çap et