525.Az

Səlim Babullaoğlunun vizual poeziya sərgisi keçiriləcək


 

Səlim Babullaoğlunun vizual poeziya sərgisi keçiriləcək<b style="color:red"></b>

27-30 sentyabrın tarixlərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət nazirliyinin iştirakı ilə keçiriləcək "Nəsimi" Şeir, İncəsənət və Mənəviyyat Festivalı çərçivəsində şair, tərcüməçi Səlim Babullaoğlunun "Qrafik şeirlər və esselər: vizual poeziya sərgisi" təşkil ediləcək.

Parafraz-ın məlumatına görə, sərgi İçərişəhər, Qala küçəsi 42 ünvanında, "Zəncirli mülk" qalereyasında (Arxeologiya və etnoqarfiya sərgisinin binasında, "saatın arxasındakı bina") təşkil ediləcək.

Sərginin rəsmi açılış mərasimi senytabrın 29-u, saat 14.00-da olacaq.

İştirak edənlər şeir dinləyə biləcək, kataloq əldə etmək imkanı qazanacaqlar.

 





26.09.2018    çap et  çap et