525.Az

Payız sessiyasının vaxtı və gündəliyi açıqlandı


 

Payız sessiyasının vaxtı və gündəliyi açıqlandı<b style="color:red"></b>

Milli Məclisin (MM) 2018-ci il payız sessiyasının keçirilmə tarixi bəlli olub.
 
Payız sessiyasının ilk plenar iclası gələn həftənin birinci günü - oktyabrın 1-də keçiriləcək. Qeyd edək ki, payız sessiyasının ilk plenar iclasının gündəliyi  də açıqlanıb. İclasın gündəliyinə 62 məsələ daxildir.

Bunlar "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında", "Normativ hüquqi aktlar haqqında", “Aviasiya haqqında", "İstesalat  bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında",  "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimləməsi və sahibkarların  maraqlarının müdafiəsi haqqında", "Standartlaşdırma haqqında", "Yaşıllıqların mühafizəsi haqqında", "Vəkil və vəkillik fəaliyyəti haqqında"  və s. qanunlara dəyişiklik layihələridir. Bundan başqa, iclasda İnzibati Xətalar, Mənzil, Mülki, Vergi, Gömrük məcəllələrinə dəyişiklik layihələrinə də baxılacaq.

Qeyd edək ki, bu sessiyadan etibarən yeni qanun layihələri ilə yanaşı, qanunlara dəyişikliklər də 3 oxunuşdan keçirilərək, qəbul olunacaqlar.

Kamil HƏMZƏOĞLU

 





26.09.2018    çap et  çap et