525.Az

UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır


 

UNEC 20 ixtisas üzrə təkrar ali təhsil almaq imkanı yaradır<b style="color:red"></b>

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu müddəti uzadılıb.

UNEC-dən verilən məlumata görə, 20 ixtisas üzrə aparılan təkrar ali təhsil iqtisadyönümlü ixtisaslarla yanaşı, texniki və texnoloji ixtisasları da əhatə edir. Təkrar ali təhsilə qəbul yalnız elektron qaydada həyata keçirilir. İxtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada http://www.kabinet. unec.edu.az e-mail ünvanına təqdim etdikdən sonra, müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququ qazanırlar.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil alan şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra UNEC-də təkrar ali təhsil ala bilərlər.

Sənəd qəbulu üçün son tarix oktyabrın 20-dəkdir.

Ətraflı məlumat: (012) 492 65 64

 





26.09.2018    çap et  çap et