525.Az

Roma Papası Estoniyanın elektron vətəndaşı oldu


 

Roma Papası Estoniyanın elektron vətəndaşı oldu<b style="color:red"></b>

Roma Papası Fransisk Estoniyaya səfəri zamanı maraqlı hədiyyə alıb.

Trend-in məlumatına görə, Tallində ölkə prezidenti Kersti Kalyulayd pontifikə Estoniyanın e-rezidenti xüsusi vəsiqəsini təqdim edib.

I Fransisk Estoniyanın elektron rezidenti adını almış 36 647-ci şəxs olub. Ondan əvvəl, Almaniya kansleri Angela Merkel, Yaponiyanın Baş naziri Sindzo Abe və digər şəxslər Estoniyanın e-rezidenti olub.

Bundan başqa, Roma Papası Latviyaya səfəri zamanı hədiyyə olaraq 118 cüt corab və 10 cüt əlcək əldə edib.

 





26.09.2018    çap et  çap et