525.Az

Ruhani: "ABŞ nüvə razılaşmasına qayıdacaq"


 

Ruhani: "ABŞ nüvə razılaşmasına qayıdacaq"<b style="color:red"></b>

ABŞ Hərtərəfli Birgə Fəaliyyət Planına qayıdacaq.

Trend-in məlumatına görə, bu barədə İranın prezidenti Həsən Ruhani Nyu-Yorkda mətbuat konfransında jurnalistlərə bildirib.

H.Ruhani deyib: "Amerika Birləşmiş Ştatları gec və ya tez qayıdacaq. Mən əminəm ki, hazırkı vəziyyətdə İran yox, ABŞ təcrid olub".

Qeyd edək ki, Donald Tramp aprelin 8-i ABŞ-ın İran və 6 beynəlxalq vasitəçi ilə (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) 2015-ci ildə nüvə probleminin həlli barədə imzalanan sazişdən çıxmasını bəyan edib. ABŞ prezidenti həmçinin İrana qarşı bütün sanksiyaların bərpa olunacağını bildirib.

 





27.09.2018    çap et  çap et