525.Az

Şimşək çaxacaq, yağış yağacaq


 

Şimşək çaxacaq, yağış yağacaq<b style="color:red"></b>

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti avqustun 8-ə olan hava haqqında məlumatı açıqlayıb.

Lent.az-ın məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Aran rayonlarında gecə 18-23, gündüz 27-32, dağlarda isə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
 
Hava şəraitinin ümumilikdə 3 gün ərzində sərin olacağı gözlənilir.

 





07.08.2013    çap et  çap et