525.Az

"Səhiyyə Nazirliyi dərmanların keyfiyyətinə nəzarəti gücləndirməlidir"


 

"Səhiyyə Nazirliyi dərmanların keyfiyyətinə nəzarəti gücləndirməlidir"<b style="color:red"></b>

Səhiyyə Nazirliyi tərəfindən dərmanların keyfiyyətinə nəzarət gücləndirilməlidir.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Nazirlər Kabinetində dərman vasitələrinin qeydiyyata alınması, ölkəyə gətirilməsi və gömrük məntəqələrində rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məsələləri ilə bağlı keçirilən iclasda bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dərman bazarının bol çeşidli preparatlarla zənginləşməsi, ölkə vətəndaşlarının keyfiyyətli dərmanlarla təmin olunması, dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə aidiyyəti qurumlar bir sıra yeni təkliflərlə çıxış ediblər.

Baş nazirin müavini qeyd edib ki, ölkəyə idxal olunan dərman vasitələrinin ilk olaraq qeydiyyatı və gömrük rəsmiləşdirilməsi şərtləri sadələşdirilməlidir. Baş nazirin müavini bunun üçün dünya təcrübəsinin öyrənilməsinin və tətbiqinin vacib olduğunu vurğulayıb.

Ə.Əhmədov Azərbaycanda hər növdən olan dərman vasitələrinin əlçatanlığının səhiyyəmizin inkişafına təkan verəcəyini qeyd edib: “Hesab edirəm ki, dərman bazarında əlçatanlıq təmin olunmalıdır. Digər tərəfdən, dərman preparatlarının idxalı əsasən Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi dərmanlara istinad edilməsi meyarlarına əsaslanmalı, bütün idxal proseduru ciddi şəkildə sadələşdirilməlidir. Bunun üçün də Dövlət Gömrük Komitəsi dünya təcrübəsinə əsaslanaraq yeni təkliflərlə çıxış etməlidir”.

 





27.09.2018    çap et  çap et