525.Az

Böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək


 

Böyük summativ qiymətləndirmələr artıq dərs vaxtında keçirilməyəcək<b style="color:red"></b>

Orta məktəblərdə böyük summativ qiymətləndirmələr məktəb rəhbərliyi tərəfindən aparıldığından onların artıq dərs vaxtında deyil, dərsdən kənar vaxtda keçirilməsi planlaşdırılır.

Təhsil Nazirliyinin mətbuat xidmərindən verilən məlumata görə, yeni layihədə summativlərin keçirilmə müddətləri də dəqiq göstərilib. Yeni layihəyə əsasən, kiçik summativ qiymətləndirmələr dərs vaxtında və bir dərs saatında, yəni 45 dəqiqiə ərzində keçirilməlidir. Böyük summativ qiymətləndirmələrin keçirilməsi üçün isə ən çoxu 90 dəqiqə vaxtın ayrılması nəzərdə tutulur.

Məlumatda bildirilib ki, yeni yanaşmalarda kiçik və böyük summativ qiymətləndirmələrin 100 ballıq şkala ilə qiymətləndirilməsi nəzərdə tutulur: "Bu qiymətləndirməyə görə, şagirdin summativdə topladığı 0-30 bal "2", 30-60 bal "3", 60-80 bal "4", 80-100 bal "5" olacaq. Bu bal ən sonda bizim öyrəşdiyimiz 5 ballıq qiymət şkalasına da uyğunlaşdırılacaq ki, valideynlər toplanılan balın 5 ballıq qiymət şkalasında hansı qarşılıq verdiyini bilsinlər. Sinif jurnallarında isə bu qiymətlərin hər ikisi qeyd ediləcək".

S.QARAYEVA

 





27.09.2018    çap et  çap et