525.Az

Milli Kitabxananın direktoru qətərli həmkarı ilə görüşdü


 

Milli Kitabxananın direktoru qətərli həmkarı ilə görüşdü<b style="color:red"></b>

Dünən Qətər Milli Kitabxanasının İcraçı direktoru xanım doktor Sohair Vastavi Milli Kitabxanada olub.

Qonağı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qarşılayıb. Görüşdə həmçinin, Milli Kitabxananın Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova da iştirak edib. Kərim Tahirov bu yaxınlarda Qətər Milli Kitabxanasının yeni binasının açılış mərasimi ilə bağlı Qətərə səfər etdiyini vurğulayaraq kitabxananın yeni və modern üslubda dizayn edilmiş binasının dünyanın ən modern kitabxana binalarından biri olduğunu qeyd edib. O, həmçinin bildirib ki, Qətərə səfəri çərçivəsində iki ölkənin milli kitabxanaları arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması kitabxanalarımız arasında əlaqələrin inkişaf etdirilməsinə, kitab mübadiləsinə təkan verəcək.

Xanım Sohair Vastavi Memorandumunun icrası ilə bağlı onu maraqlandıran sualları direktora ünvanlayıb. Xüsusilə, qədim kitabların və əlyazmaların rəqəmsallaşdırılması, mühafizə edilməsi və qorunması ilə maraqlanan xanım Sohair Vastavi Azərbaycan Milli Kitabxanasının bu sahə üzrə iki əməkdaşının memorandum çərçivəsində Qətər Milli Kitabxanasına ezam olunmasını və Qətər Milli Kitabxanasının bu sahədəki təcrübəsi ilə bağlı köməklik göstərə biləcəyini vurğulayıb. Təklifi məmnunluqla qarşılayan Kərim Tahirov lazımi şəxslərin noyabr ayında Qətər Milli Kitabxanasına ezam olunacağını qeyd edib. Həmçinin, Qətər Milli Kitabxanasının əməkdaşlarının təcrübə mübadiləsi çərçivəsində Milli Kitabxanaya gəlmələrini və buradakı təcrübələri onlarla bölüşmək arzusunda olduğunu vurğulayıb.

Xanım Sohair Vastavi Qətər Milli Kitabxanası adından gətirdiyi kitabları professor K.Tahirova hədiyyə edib. K.Tahirov da öz növbəsində qədim Bakı haqqında kitabı (Old Baku) qonağa hədiyyə edib.

Daha sonra qonaq Milli Kitabxananın Nadir kitablar və kitabxana muzeyi şöbəsini və fond saxlanclarını ziyarət edib, kitabxanada oxuculara xidmət proseslərinin avtomatlaşdırılması və elektronlaşdırılması işləri ilə də tanış olub.

Şahanə MÜŞFİQ

 

 





27.09.2018    çap et  çap et