525.Az

Belçika səfiri ADU-da mühazirə oxudu


 

Belçika səfiri ADU-da mühazirə oxudu<b style="color:red"></b>

Azərbaycan Dillər Universitetində (ADU) Fransa məlumat mərkəzinin təşkilatçılığı ilə “Səfir saatı” layihəsi çərçivəsində Belçikanın Azərbaycandakı səfiri Bert Şufsun Azərbaycan Dillər Universitetinin fransız dilli müəllim və tələbələri ilə görüşü keçirilib.

Universitetdən verilən məlumata görə, tədbir zamanı “Belçika və Azərbaycanda gənclik, cəmiyyət və yeni tendensiyalar” mövzusunda mühazirə deyən səfir Azərbaycanda və Belçikada gənclərin yaşayış tərzindən, gündəlik fəaliyyətlərindən, müasir texnologiyanın gənclərin həyatına mənfi və müsbət təsirlərindən, sosial təminatdan, Erasmus+ proqramından, Belçikada təhsil imkanlarının genişliyindən, gənclərin cəmiyyətdə rolundan və digər mövzulardan danışıb.

Böyük şəhərlərin gənclərə böyük təsirindən bəhs edən səfir 30 il öncəki və müasir gəncliyi müqayisə edərək texnologiyadan vaxt itkisi kimi deyil, faydalı işlər üçün istifadə etməyi məsləhət görüb. Səfir B.Şufs Azərbaycanda gənclər üçün həyat şərtlərinin yaxşı, imkanların geniş olduğunu deyib.

İnteraktiv şəkildə keçən tədbirdə səfir hər iki ölkənin gənclərinin həyat tərzini müqayisə edib və tələbələrin suallarını cavablandırıb.

 





28.09.2018    çap et  çap et