525.Az

İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 400-ə çatır


 

İndoneziyada zəlzələ və sunamidən ölənlərin sayı 400-ə çatır<b style="color:red"></b>

İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələ və sunami nəticəsində həlak olanların sayı 384 nəfərə çatıb.

Trend-in məlumatına görə, həmçinin itkin düşənlərin olduğu deyilir.

Təbii fəlakət nəticəsində ölənlərin sayının arta biləcəyi ehtimal olunur.

Xatırladaq ki, ötən gün Sulavesi adasında 6.1 bal gücündə zəlzələ baş verib. Bunun ardınca bir neçə afterşok qeydə alınıb, ən güclüsü 7.4 bal gücündə olub.

 





29.09.2018    çap et  çap et