525.Az

Anar yaradıcılığı MDB ölkələri mətbuatında


 

Anar yaradıcılığı MDB ölkələri mətbuatında <b style="color:red"></b>

Moskvada nəşr olunan “Literaturnaya qazeta”da (19-25 sentyabr) Anarın görkəmli rus şairi haqqında “Simonovu xatırlayarkən” adlı irihəcmli yazısı dərc edilib.

Yazıda Konstantin Simonovun Azərbaycanla sıx yaradıcılıq əlaqələrindən, şairlərimizlə dostluğundan, klassik və müasir şeirlərimizdən etdiyi tərcümələrdən bəhs olunur. Essedə Anarın rus şairiylə birgə Türkiyə səfərlərinə, türk yazıçılarıyla görüşlərə aid xatirələr böyük yer tutur. Bu səfər zamanı Simonovun bədahətən dediyi şeirlər ilk dəfə rus oxucusuna Anarın yazısında çatdırılır.

Qazaxıstanda nəşr olunan “Salem” jurnalında Kazbek Şaxanın Azərbaycanın Xalq Yazıçısı haqqında “Anar. Dövrün insanı. Dünya ədəbiyyatının klassikinin yubileyi” başlıqlı yazısı dərc edilib. Müəllif Anarın nəsr və kino sahəsində fəaliyyətini təhlil edərək yazır ki, yazıçı ilk əsərlərindən özünü klassik kimi təsdiqləyib. Məqaləyə Anara aid fotolar və onun “Gecə düşüncələri”ndən parçalar əlavə edilib.

 





29.09.2018    çap et  çap et