525.Az

Saakaşvili Poroşenkonu “bazar alverçisi” adlandırdı


 

Saakaşvili Poroşenkonu “bazar alverçisi” adlandırdı<b style="color:red"></b>

“Ukrayna prezidenti xalis bazar alverçisidir. O, dövlətə xəyanət və korrupsiyaya görə həbs olunmalıdır”.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın keçmiş preizidenti və Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili bildirib. 

Saakaşvilinin fikrincə, Poroşenko Ukraynada vaxtilə Boqdan Xmelnitski və Mazepa kimi qəhrəmanlıq edə bilərdi. Lakin o, bunu bir neçə milyard dollara dəyişib. 

“Bu adam Avropanın yeni Çörçilli olmağa namizəd idi. Mən onun ambisiyalarına inanırdım. Lakin onun ambisiyaları Bessarabiya bazarının alverçisinin ambisiyasından o yana getməyib. 

Poroşenkonun hakimiyyət illəri Ukrayna üçün itirilmiş zamandır. Ölkənin milyonlarla vətəndaşı perspektiv görmədikləri üçün ölkəni tərk ediblər”,- deyə  M.Saakişvili bildirib.

 





01.10.2018    çap et  çap et