525.Az

Bakıda qısametrajlı filmlər marafonu


 

Bakıda qısametrajlı filmlər marafonu <b style="color:red"></b>

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun və “Cinemasports Azerbaijan” Gənc Rejissorlar Birliyinin dəstəyi ilə 14-cü qısametrajlı filmlər marafonu keçirilib.

Tədbirin əvvəlində festival üçün çəkilmiş 3 yeni ekran əsəri nümayiş etdirilib. Gənc rejissorlar Elçin Telmanoğlu, Ədilə Ağayeva və Emin Əzizbəylinin filmlərində həyat eşqi, məqsədyönlülük, özünüinkişaf, daxili qorxularla mübarizə tərənnüm edilir. 

Bundan əvvəlki festivallarda fərqlənmiş işlərin nümayiş olunduğu tədbir müzakirələrlə davam edib. 

Qeyd edək ki, bu il heç bir ekran əsəri qalib elan olunmayacaq. Lakin hər 3 qısametrajlı filmin müəllifinə qiymətli hədiyyələr təqdim ediləcək. 

Xatırladaq ki, “Cinemasports” kinomarafonunun keçirilməsi yeni addım atan rejissorlara dəstək, Azərbaycan gənclərinin kino sənətinə marağının artırılması, gənc istedadların üzə çıxarılması məqsədi daşıyır.

 

 





01.10.2018    çap et  çap et