525.Az

Azərbaycanda leysan olacaq


 

Azərbaycanda leysan olacaq<b style="color:red"></b> Azərbaycan ərazisində sabah sərin və yağışlı hava şəraiti davam edəcək.

Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev məlumat verib. Paytaxtda və eləcə də Abşeron yarımadasında avqustun 9-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində qısamüddətli yağış yağacağı ehtimal olunur. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəldikdə isə avqustun 9-da şimşək çaxacaq, əsasən gecə saatlarında yağış yağacaq. Bəzi ərazilərdə leysan xarakterli yağış yağacağı ehtimal olunur. Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.
 
Qeyri-sabit hava şəraiti avqustun 10-u gündüzə qədər davam edəcək.
 





08.08.2013    çap et  çap et