525.Az

Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək


 

Arzu Rəhimov Abşeronda vətəndaşları qəbul edəcək<b style="color:red"></b>

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov oktyabrın 17-də, saat 10:00-da Abşeron rayonunda Şuşa, Qubadlı, Sumqayıt, Abşeron, Xocavənd, Cəbrayıl, Zəngilan, Laçın, Kəlbəcər, Xocalı şəhər və rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların 15.10.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan şəhər və rayon idarə, şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

 





01.10.2018    çap et  çap et