525.Az

Milli Məclisin qanunvericilik işlər planı təsdiqləndi


 

Milli Məclisin qanunvericilik işlər planı təsdiqləndi <b style="color:red"></b>

Milli Məclisin 2018-ci ilin payız sessiyasında qanunvericilik işlər planı təsdiqlənib.

Trend-in məlumatına görə, 2018-ci il payız sessiyasının işlər planına aşağıdakı məsələlər daxildir:

1. Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təqdim etdiyi qanun layihələri;

2. "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında";

3. "Azərbaycan Respublikasının Dövlət gerbi haqqında";

4. "Azərbaycan Respublikasının Dövlət himni haqqında" ;

5. “Konstitusiya qanunu" layihələri;

6. "Standartlaşdırma haqqında";

7. "Kabel şəbəkəsi haqqında" ;

8. "Kinematoqrafiya haqqında";

9. "Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”;

10. "Yazılı abidələr haqqında" ;

11. "Turizm haqqında";

12. "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" ;

13. "Psixoloji yardım haqqında";

14. "Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında";

15. "Ümumi təhsil haqqında" yeni qanun layihələri.

Bundan əlavə, işlər planına Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi ilə bağlı layihələr daxil edilib.

 





01.10.2018    çap et  çap et